Zavod direktoru vəzifəsindən azad edildi
Xəbərlər
21 Dekabr 2022 18:22

“Bakı Gəmiqayırma Zavodu” MMC-nin direktoru İmanverdi Həsənov vəzifəsindən azad edilib.
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, “Bakı Gəmiqayırma Zavodu”nda İdarə Heyəti yaradılıb.
Məlumata görə, Agentliyin İH-nin sədri Elşad Nuriyev bundan sonra həm də zavodda İH-nə rəhbərlik edəcək.
İndiyə qədər zavodun direktoru olan İmanverdi Həsənov isə İH-nin sədr müavini kimi fəaliyyət göstərəcək.
Xatırladaq ki, “Bakı Gəmiqayırma Zavodu” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 447 milyon ABŞ dollarına yaxındır. İllik istehsal gücü 25 min ton metal konstruksiya olan zavodda indiyə qədər 10 gəmi tikilib, 170-ə yaxın gəmi təmir edilib və yaxud modernləşdirilib. (report)
Oxunub : 1112
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
ŞƏRH YAZ












