Zavoddakı yanğına görə DTX-də cinayət işi açıldı

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılmışdır.
5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilmişdir.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməmişdir. Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil vermişdir.
Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurmuş, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olmuşdur.
Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulmuşdur.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq – Sabahın havası
Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvana uçuşlar təxirə salındı - AZAL səbəbini açıqladı
İlham Əliyev Baxış Babayevlə bağlı SƏRƏNCAM imzaladı










