Zəfər Qurbanov QAİ-nin Gəncə şəhəri üzrə nümayəndəsi təyin olundu

Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Zəfər Qurbanov Qərbi Azərbaycan İcmasının (QAİ) Gəncə şəhəri üzrə nümayəndəsi təyin olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması (QAİ) rəhbərliyi müvafiq əmr imzalayıb.
Zəfər Qurbanov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr və magistr səviyyələri üzrə məzunu Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Həmçinin, O Bakı Dövlət Universitetinin “Hüquqşunaslıq” ixtisasının və Dyuk Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə məzunudur.
O, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi və bir sıra beynəlxalq şirkətlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
Zəfər Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 avqust 2023-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib. Hal-hazırda həmin vəzifəni icra edir.
Rusiya, Ukrayna, Qırğızıstan, Qazaxıstan, Almaniya, Türkiyə, Cənubi Koreya, Yunanıstan, Rumıniya və digər ölkələrdə keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmişdir. 2 dərsliyin, 4 metodik vəsaitin, 7 patentin, bir neçə monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyun 2010-cu il tarixli Sərəncamı ilə təhsilin inkişafı, təhsil işçilərinin sosial problemlərinin həlli sahəsindəki səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı və Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamı ilə “Heydər Əliyevin 100 illik yubiley medalı (1923–2003)” ilə təltif olunmuşdur. Türkiyənin Ege Universitetinin “Fəxri doktor”dur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












