Zelenski ilə Putin danışıqları Türkiyədə baş tuta bilər

Ukrayna Prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putin arasında danışıqlar Türkiyədə baş tuta bilər. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə Ukrayna lideri axşam müraciətində bildirib. Onun sözlərinə görə, görüş üçün potensial məkan kimi Fars körfəzi və ya Avropa ölkələri də nəzərdən keçirilir. “Həftə ərzində Türkiyə ilə təmaslar olacaq, (Fars -red) körfəzi ölkələri, rusiyalılarla danışıqlar üçün məkan ola biləcək Avropa ölkələri ilə təmaslar olacaq”, - Zelenski bildirib. "Bizim tərəfimizdən müharibəni bitirmək üçün hər şey mümkün qədər hazır olacaq. Tərəfdaşlarımızın bunu təsdiqləmələri vacibdir", - o əlavə edib. Zelenski əlavə edib ki, Ukrayna müharibəni dayandırmağa hazırdır və dialoqa hazırlaşmaq üçün bütün səylərini göstərir. Bununla belə, onun fikrincə, əsas amil Rusiyaya təzyiq göstərməkdə və real sülh prosesinə başlamaqda iradəsi həlledici ola biləcək dünya liderlərinin, ilk növbədə ABŞ-nin mövqeyi olaraq qalır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












