Zəlzələ zamanı gələn SOS siqnalı niyə yalnız bəzi smartfonlara ötürülüb? - AÇIQLAMA - FOTO

Ötən gün gecə saatlarında qeydə alınan zəlzələ insanlarda müəyyən mənada narahatlıq yaradıb. Bəziləri təkanların təkrarlanacağını düşünərək gecəboyu evlərinə getməyiblər.
Sosial şəbəkələrdə müxtəlif başlıqlarla paylaşılan qeyri-dəqiq informasiyalar isə əhali arasındakı narahatlığı bir qədər də artırıb. Bəziləri zəlzələdən öncə ev heyvanlarının narahatlığından, bəziləri isə smartfonlarına gələn SOS bildirişindən zəlzələdən xəbər tutduqlarını deyirlər.
Lakin maraqlı məqam budur ki, SOS bildirişi yalnız “Android” əməliyyat sistemi ilə işləyən mobil telefonlara gəlib, digərlərinə yox. Digər sual doğuran məsələ bildirişin hansı əsasda formalaşdırılaraq smartfonlara göndərilməsidir. Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən nə üçün belə bir mərkəzləşmiş bildiriş xidməti hazırlanmır?
Oxu.Az-ın bu və digər suallarını “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasov cavablandırıb.
O bildirib ki, ümumiyyətlə bu, hansısa smartfon firmasının deyil, sadəcə olaraq, “Google” şirkətinin təşəbbüsü ilə hazırlanan xidmətdir:
“Şirkət özünə aid layihələrin sırasına sosial layihə kimi bu xidməti də əlavə edib. Bu bildiriş şirkətin Mərkəzləşmiş Dünya Seysmoloji Tədqiqatlar Mərkəzinin məlumatları əsasında hazırlanır. Seysmoloji mərkəzdən əldə edilən məlumatlar avtomatlaşdırılır və “Android” istifadəçilərinə ötürülür. Məhz “Android” sistemi ilə təchiz edilən smartfonlara ötürülməsinin səbəbi isə bu xidmətlə bağlı bildirişlərin aktiv olması idi. Digər sistemlərlə təchiz edilən telefonlarda bu bildirişin olmaması, sadəcə, seçim məsələsidir. “iOS” əməliyyat sistemindən istifadə edən şirkət bu xidməti “Google”dan alaraq çox rahatlıqla istifadəçilərinə ötürə bilər, amma etmir. Bu da bir seçimdir. Sadəcə, biznes məqsədidir.
Faydalarına gəldikdə - bu bildiriş sosial layihədir. İnsan həyatının təhlükəli anlarda xilasına və çevik qərar vermə prinsipinə hesablanır. Bu, həm tədqiqatçılar üçün, həm də zəlzələdən öncə insanlar üçün SOS xidmətidir”.
Respublika Seysmoloji Xidmət Mərkəzinin belə bir mərkəzləşmiş bildiriş xidməti hazırlamaq imkanına münasibət bildirən Elvin Abbasov qeyd edib ki, onlar bu məlumatları hazırlaya bilərlər, lakin ötürmə mexanizmi o qədər də real görünmür:
“Tədqiqatlar nəticəsində müvafiq məlumatlar əldə edilə bilir. Lakin bunun kütləvi şəkildə smartfon istifadəçilərinə ötürülməsi çətindir. İri telekommunikasiya şirkətləri isə hər ölkə ilə işləmir. Yalnız dünyanın mərkəzləşmiş seysmoloji mərkəzləri ilə çalışırlar. Hər ölkə bunu fərdi təşəbbüsü ilə həyata keçirmək istəyirsə, yalnız daxili qaydada yeni tətbiq yaradılmalıdır. Bu tətbiqə Respublika Seysmoloji Mərkəzinin məlumatları yüklənməli, davamlı yenilənməli və ölkə daxilində smartfon istifadəçilərinə ötürülməsi üçün hər kəs bu tətbiqi yükləyərək istifadə etməlidir”.
Sabah görünüş məsafəsi məhdudlaşacaq
Niyaməddin Musayevin qızı polkovnik imiş, uzun müddət RƏİS İŞLƏYİB
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO











