Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib

Avqustun 8-də Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Avtosfer.az “1news.az”a istinadən xəbər verir ki, zəng Donald Trampın təşəbbüsü ilə baş tutub və 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton sülh sammitinin birinci ildönümünə təsadüf edib.
Məlumata görə, liderlər arasında söhbət dostluq və mehriban şəraitdə keçib.
Prezidentin Mətbuat Xidmətinin verdiyi məlumata görə, telefon danışığı zamanı İlham Əliyev və Donald Tramp Vaşinqton sammitindən sonrakı bir ilin yekunlarını, Azərbaycan və Ermənistan arasında sülh prosesini, TRIPP layihəsinin icrasını, həmçinin Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.
Xüsusilə qeyd olunub ki, ötən il ərzində regionda sülh və sabitlik qorunub, sülh prosesinə xələl gətirə biləcək heç bir insident baş verməyib.
Tərəflər, həmçinin Azərbaycan neft məhsullarının Ermənistana ixracını, Azərbaycan ərazisindən yüklərin tranzitini və iki ölkə arasında ticarət əlaqələrinin başlanmasını müsbət qiymətləndiriblər.
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ
Dövlət Xidmətində yeni şöbə müdiri təyin edildi - FOTO
Maliyyə nazirinə yeni MÜAVİN TƏYİN EDİLİB
Mərkəzi Bankın ehtiyatları 15,4 milyard dollara çatıb, təklif tələbi üstələyib - İQTİSADÇI
Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvlüyündən də QOVULDU
Bu xanıma yüksək vəzifə verildi - FOTO
Sürücülər buna görə 50 manat cərimə olunacaq - YENİ QAYDA
Oğlunun adı qətldə hallanan deputat Arzuxan Əlizadə DANIŞDI
Azərbaycanın ən böyük suvarma kanalında işlər nə yerdədir? - FOTO












