Zəngəzur dəhlizi 3 ölkəni birləşdirən bu kəndimizdən keçəcək - VİDEO

Azərbaycan, Ermənistan, İran, Türkiyə və ABŞ-nin gündəmində olan “Zəngəzur dəhlizi”nin bir hissəsi Ordubad rayonunun Kotam kəndindən keçəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri sözügedən ərazidən videogörüntülər paylaşıb.
Bildirilib ki, Naxçıvan-Ermənistan-İran sərhədində olan bu yolda Sovet dövründə çəkilmiş dəmir yolu hələ də qalır: "İran, Ermənistan və Naxçıvanın sərhədləri bu kəndin kənarında kəsişir. Araz çayı Naxçıvan, İran və Ermənistan arasında təbii sərhəddir. Zəngəzur dəhlizi də məhz buradan Ermənistana daxil olur.
Kotamdakı bu kəsişmə çox vacibdir. Sərhədin o tayında Ermənistandan İrana gedən Aqarak sərhəd keçidi yerləşir. Araz çayından keçən erməni maşınları İran sərhədinə paralel marşrutla gedir. Bu marşrut həm Araz çayına, həm də dəmir yoluna baxır. Yolun keçdiyi təpədə İranın mühafizə qüllələri var. Mən orada olarkən 500 metr aralıdakı qüllələrdən məni izləyirdilər. Belə ki, dəhliz açılandan sonra İranın gözü qarşısında olacaq. Bir az irəlidə isə Azərbaycan sərhədçiləri var. Bir az aşağıda erməni sərhədçilərinin mövqelərini görmək olar".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












