Zəngilan rayonunda “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib - FOTO

“Heydər Əliyev İli” çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev və gələcəyə aparan yollar” adlı tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirdə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov ulu öndərin respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın keçdiyi tərəqqi yolu, o dövrdə ölkəmizdə yol infrastrukturunun inkişafı, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin yol infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərməsi, işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə respublka ərazisində icra olunan yol infrastrukturu layihələri barədə məlumat verib.
Sonda kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları cavablandırılıb.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO





















