Zərdab sakinindən narkotik maddə götürülüb - FOTO - VİDEO

Zərdabda narkotiklərin satışı və kultivasiyası ilə məşğul olan şəxsdən 13 kiloqram marixuana, eləcə də 221 kiloqram çətənə kolu aşkar edilib
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Belə ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyanın qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib. Tədbir zamanı rayonun Pərvanlı kənd sakini Mürşüd Abdullayev narkotiklərin satışını təşkil etməkdə şübhəli bilindiyi üçün polislər tərəfindən saxlanılıb. Onun həyətində olan tikiliyə baxış zamanı satış üçün qablaşdırdığı ümumi çəkisi 13 kiloqram olan narkotik vasitə marixuana aşkar edilib. Mürşüd Abdullayev marixuananı həyətində kultivasiya yolu ilə xüsusi qulluq edərək yetişdirdiyi çətənə bitkilərini qurudaraq əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq Mürşüd Abdullayevin yaşadığı evin həyətyanı sahəsinə də baxış keçirilib. Oradan həmin şəxs tərəfindən yetişdirilən yaş halda çəkisi 221 kiloqram olan 441 ədəd çətənə bitkisi də aşkar edilib. Çətənə kolları polislər tərəfindən kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, satma, külli miqdarda törədildikdə) və 237.2.3 (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













