Zərdabda avtomat satmaq istəyən Bakı şəhər sakini saxlanılıb - FOTO

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyətilə Zərdab rayonuna gətirdiyi bildirib.
Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO













