Zərdabda məktəblilər narkomaniya, erkən nikah mövzularında maarifləndirildilər - FOTO

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı məktəb-liseyində 5 məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Gənclər Evinin, eləcə də Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri və məktəbin pedaqoji heyəti iştirak ediblər.
Görüşdə RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Azər Əfəndiyev çıxış edərək narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından söhbət açıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən danışan şöbə rəisi, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni effektiv şəkildə təmin etmək məqsədilə bu cür maarifləndirmə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib.
Daha sonra çıxış edən iştirakçılar dini radikalizm haqda danışaraq, ölkəmizdə dini azadlığın, tolerantlığın mövcud olduğunu qeyd ediblər. Eyni zamanda tədbirdə erkən nikah mövzusuna da toxunub və bu halların doğurduğu mənfi cəhətlərdən və gənc ailələrdə yaratdığı problemlərdən bəhs edilib.
Tədbir zamanı şagirdlərin narkotiklərin zərərli barədə çəkdikləri şəkillər də nümayiş etdirilib və məktəblilər mükafatlandırılıblar.
Tədbirin sonunda narkomaniyanın zərərlərini əks etdirən videoçarx nümayiş olunub, suallar cavablandırılıb.
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO
Qənirə Paşayevanın qardaşına VƏZİFƏ VERİLDİ - FOTO
Azərbaycan neftinin bazar dəyəri niyə son aylarda tez-tez dəyişir? - AÇIQLAMA
Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü - FOTO
Bakının beş küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - SİYAHI
Anar Bayramov bu xanımı işdən AZAD ETDİ
Onlar yüksək vəzifəyə TƏYİN OLUNDULAR - FOTO
Bu küçədə mobillik zolağı təşkil olunacaq - EKSPERT
Özəl parklanma məntəqələrində qiymətlər artırılıb? - VİDEO
Maskası cırılan “David Seliverstov” dastanı bitmir – Həbsdəki generalın yaxınlarından aldığı 90 min dolların SİRLƏRİ AÇILIR














