Zərdabda məktəblilər narkomaniya, erkən nikah və dini radikalizmə qarşı maarifləndirildilər - FOTO

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Burunlu kənd ümumi orta məktəbində “Narkomaniyaya yox, erkən nikaha və dini radikalizmə qarşı mübarizə” mövzusunda görüş keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Urman Ağayev çıxış edərək bəşəriyyətin ən böyük probleminə çevrilən narkomaniyanın cəmiyyət üçün yaratdığı fəsadlarından danışıb. Şagirdlərə bu vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən söz açan rəis müavini, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli tədbirlər barədə məlumat verib.
Görüşdə dini radikalizm və erkən nikah mövzusuna da toxunulub və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırılıb.
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
Sürücülük təlimində QANUN POZUNTUSU: 18 yaşı olmayan şəxslə yola çıxdı - VİDEO
10 nömrəli avtobus 40 dəqiqə intervalla işləyir? - Açıqlama - VİDEO
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI















