Zərdabda transformatorlardan oğurluq edənlər saxlanılıblar

Zərdab Rayon Polis Şöbəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayonu ərazisində quraşdırılmış transformatorlardan elektrik açarlarını oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Elnur Əsədov və Bakı şəhər sakini Kamal Piriyev müəyyən olunaraq istintaqa cəlb olunublar.
Həmin şəxslərin ətrafında aparılan istintaq hərəkətləri ilə müəyyən edilib ki, E.Əsədov və K.Piriyev cari ilin yanvar və fevral ayları ərzində rayonun Hüseynxanlı, Gəlmə, İsaqbağı və Qaravəlli kəndləri ərazisində yerləşən 6, eləcə də şəhər ərazisində yerləşən bir transformatordan ümumilikdə 24 ədəd elektrik açarı oğurlayaraq rayonun elektrik şəbəkəsinə 7100 manat ziyan vurublar. Həmin açarların bir qismini dəyərindən ucuz qiymətə satan dəstə üzvləri, əldə etdikləri pulları öz aralarında bölüblər. Elektrik açarlarının bir qismi, eləcə də onların oğurluq hadisəsi zamanı istifadə etdikləri alətlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Zərdab RPŞ-nin İstintaq Qrupunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. E.Əsədov və K.Piriyevin digər analoji hadisələrdə iştirakının olub-olmaması araşdırılır.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO











