Zibil qutularına girib həbsxanadan qaçdılar

ABŞ-ın Ohayo ştatında iki məhbus zibil qutularında mühafizəçilərdən gizlənərək həbsxanadan qaçıb.
Lima şəhərindəki islah müəssisəsindəki həbsxanada məhbuslar, 50 yaşlı Bredli Gillespi və 47 yaşlı Ceyms Lin yoxa çıxıblar. Onların yoxluğu əməkdaşlar tərəfindən saat 11:00-da keçirilən çağırış zamanı fərq edilib.
Məlum olub ki, məhbuslar bir gün əvvəl səhər saat doqquz radələrində müşahidə kameralarının qeydinə düşüblər.
Ertəsi gün polis əməkdaşları Lini oğurlanmış avtomobildə tapıb və onun arxasınca düşüblər. Gillespinin də maşında olduğu güman edilib. Qaçarkən onların avtomobili qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Lini saxlamağa nail olsalar da, Gillespi qaçıb. O, İndiana ştatı ilə sərhəddə yerləşən 27 min əhalisi olan Henderson şəhərində axtarışa verilib.
Gillespi 2016-cı ildə iki ardıcıl ömürlük həbs cəzasına məhkum edilib. Məhkumların qaçması ilə əlaqədar həbsxananın 4 əməkdaşı xidmətdən kənarlaşdırılıb. (lent.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












