Zığ şosesinin yolboyu bəzək üçün qoyulan işıq dirəkləri: “Novruzda rəngləyib, Yeni ildə zər asırlar” - VİDEO

Suraxanı rayonu Zığ şosesində avtomobil yollarının işıqlandırılması ilə bağlı problem öz həllini tapmır. Məsələ dəfələrlə gündəmə gətirilsə də, aidiyyəti qurumlar heç bir köklü çıxış yolu tapa bilmirlər. Ərazidə avtomobil yollarının işıqlandırılması üçün ya gərək ölümlə nəticələnən qəza olsun, ya da qurumlar insafa gəlsinlər.
Vətəndaşların oxu.az-a ünvanladıqları şikayətdə qeyd edilir ki, yolboyu düzülən işıq dirəklərinin birində, üçündə, beşində problem olsa, adam hesab edər ki, texniki nasazlıqdır:
“Bu qədər işıq dirəyini yol qırağına niyə düzüblər? Novruz bayramında rəngləyib, Yeni ildə zər bağlamağa? İşıq dirəyini təyinatı üzrə işlədin, camaat getdiyi yolu görsün də. Ərazidə nə qədər yol-nəqliyyat hadisəsi olmalıdır, nə qədər insan həyatını itirməlidir ki, ciddi bir tədbir görülsün?!
Bu məsələdə qurumlar arasında nə üçün birgə əməkdaşlıq görmürük? Niyə onlardan da bir təklif yoxdur? Biz şikayət edirik, baxan yoxdur, jurnalistlər yazırlar, nəzərə alan yoxdur. Problemi başqa hansı formada aidiyyəti üzrə çatdıraq ki, avtomobil yollarının işıqlandırılması məsələsinə köklü bir çıxış yolu tapılsın?”
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












