Ziyanı faydasından çox olan plastik məmulatlar

BMT-nin Ətraf Mühit Proqramı plastik tulantılarla bağlı hesabat yayıb. Avtosfer.az-ın xəbərinə görə, hesabatda göstərilir ki, dünyada hər il 430 milyon tondan çox plastik məmulat istehsal olunur. Bunların üçdə ikisinin istifadə müddəti çox qısa olduğundan tez bir zamanda tullantıya çevrilir. Bu, başlıca olaraq plastik paketlərə və qablaşdırma məhsullarına aiddir. Əsas məsələ isə plastik tullantıların vurduğu ziyandır. Bu tullantıların dünya iqtisadiyyatına vurduğu illik ziyan təxminən 600 milyard dollardır.
BMT-nin Ətraf Mühit Proqramının son hesabatına görə, müasir texnologiyaları səfərbər edərək 2040-cı ilədək plastik tullantıların həcmini 80% azaltmaq mümkündür. Bunun üçün istehsal prosesi və əhalinin yanaşması ciddi şəkildə dəyişməlidir.
BMT-nin baş katibi Antonio Quterreşin fikrincə, “plastik məmulatlar qalıq yanacaqlardan hasil edilir. Başqa sözlə, biz nə qədər çox plastik məhsul istehsal etsək, bir o qədər çox neft məhsulu yandırmalıyıq. Beləcə, iqlim böhranı daha da dərinləşir. Lakin, çıxış yolu var. Bunun üçün dövlətlər, müəssisələr və istehlakçılar birgə işləməli, plastik asılılığından qurtulmaq və sıfır tullantıya keçmək üçün həqiqi təkrar emal sənayesi qurmalıyıq”.
Azərbaycandakı vəziyyətə gəlincə, artıq uzun müddətdir marketlərdə plastik paketlər pulla verilir. Bəzi plastik növlərinin isə istehsalı qadağan edilib.
ədalət naminə qeyd edək ki, Bakıda 10-15 il əvvəl olduğu kimi budaqlarına plastik paketlər dolaşan ağaclara çox rast gəlinmir.
Vüqar
Xəzərin sahillərinin təmizlənməsi hansı qurumun məsuliyyətidir? - AÇIQLAMA - FOTO
“Yol hərəkəti təhlükəsizliyi" çərçivəsində ictimai müzakirə keçirilib - FOTOLAR
Prezidentlərin Şuşada gəzintisindən - VİDEO
Günəşdə güclü partlayışlar baş verdi
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu










