27 il əvvəl satdığı maşının cərimələri sürücüyə problem yaradır

Bakı şəhər sakini Yaşar Dadaşov 1994-cü ildə satdığı avtomobilin cərimələrinə görə problemlə üzləşib. Bu barədə sürücü Avtosfer.az">Avtosfer.az-a şikayət ünvanlayıb. O bildirir ki, mülkiyyətində olan 10-BM-886 qeydiyyat nişanlı “QAZ-24” markalı avtomobili 1994-cü ildə satıb və o vaxtdan yaşadığı ünvana hər hansı cərimə ilə bağlı bildiriş çatdırılmayıb: “Qeyd edim ki, 2019-cu ildə yol polisi əməkdaşı məni saxladı və həmin maşınla qayda pozulduğu üçün mənə cərimənin yazıldığını söylədi. Mən həmin avtomobili 25 il əvvəl satdığımı bildirdim. Yol polisi əməkdaşı mənə rəsmi ərizə yazmalı oldğumu söylədi. Mən 2019-cu ildə bu məsələ ilə bağlı DYP-yə ərizə yazdım, lakin heç bir nəticə əldə edə bilmədim. Qayda pozmadığım halda mənim adıma tərtib edilmiş 660 manat cəriməyə görə sürücülük vəsiqəmi dəyişə bilmirəm. Ailəmi taksi fəaliyyəti ilə məşğul olaraq saxladığım üçün hal-hazırda çıxılmaz vəziyyətdəyəm".
Sürücü bildirir ki, onu adına tərtib edilmiş elektron qərarlarda "Nissan" markalı avtomobillə qayda pozulduğuna dair fotolar əks olunub. Lakin DYP-nin mərkəzi informasiya sistemində qeydiyyat nişanının "QAZ-24" markalı avtomobildə olduğu göstərilir. Görünür ki, həmin qeydiyyat nişanını qanunsuz şəkildə digər avtomobilə təhkim edərək qayda pozuntusu törədiblər. Bu səbəbdən də həmin xətalar mülkiyyətçi Yaşar Dadaşovun adına rəsmiləşdirilib.
Hüquqşünas Ərşad Hüseynov məsələ ilə bağlı Avtosfer.az-a açıqlamasında bildirib ki,
həmin avtomobilin qeydiyyat nişanını digər avtomobilə təhkim edərək idarə edərkən qayda pozuntuları törədilibsə bu halda Dövlət Yol Polisi özü bu məsələni həll edə bilər: "Yəni elektron qərara əlavə edilmiş foto və ya videodan aşkar şəkildə görünürsə ki, qeydiyyat nişanı aidiyyəti olmayan maşının üzərindədir, o zaman sürücüyə yazılmış cərimə dərhal ləğv olunmalıdır. Çünki burada şübhəli məqam yoxdur.
Bundan sonra həmin əməli törətmiş şəxs tapılmalı və məsuliyyətə cəlb edilməlidir".
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Avtosfer.az">Avtosfer.az-a bildirildi ki, məsələ ilə bağlı araşdırma aparılır. Həmin nəqliyyat vasitəsinin tapılması istiqamətində yol polisi əməkdaşları təlimatlandırılıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












