Bir ildə 8 dəfə cərimələnən, vəsiqəsi əlindən alınan "avtoş" sürücü - VİDEO

Zaqatalada avtoxuliqanlıq edən sürücünün videoları sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 62-BM-462 qeydiyyat nişanlı “VAZ” markalı avtomobilin sürücüsü şəhər ərazisində kobud və davamlı qayda pozuntuları törədib. Belə ki, toy karvanının qarşısında hərəkət edərkən əl əyləci ilə avtomobili dəfələrlə fırladıb, yoldan kənara çıxaraq toz qoparıb və müxtəlif riskli manevrlər həyata keçirib. Bu hərəkətləri edən sürücü insanların diqqətini cəlb etməyə çalışıb.
Sosial şəbəkədə yayılmış bu videogörüntülərlə bağlı Daxili İşlər Nazirliyi açıqlama verib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, həmin “VAZ-21011” markalı avtomobilin sürücüsü Elmar Köngülov ötən il rayon ərazisində yol-hərəkəti qaydalarını bir neçə dəfə pozduğu üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə 8 inzibati protokol tərtib olunub, eləcə də sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Həmin görüntülər ötən illərdə çəkilib və kənar şəxslər tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Hazırda Elmar Köngülov nəqliyyat vasitəsi idarə etmir.
Leyla
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












