90-lıq yolda öz kefi ilə hərəkət edən sürücü qəza şəraiti yaratdı - VİDEO

Bakı-Sumqayıt yolunda kobud qayda pozuntusu törədən sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 99-BF-527 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü üzü Sumqayıt istiqamətinə hərəkət edən zaman qəfildən sağa- Xırdalan dairəsi istiqamətinə manevr edib. Bu zaman sağ zolaqla düzünə hərəkət edən "Mercedes S Class" markalı avtomobilin qarşısına çıxaraq onu sıxışdırıb. Nəticədə qəza şəraiti yaranıb.
Eyni zamanda videogörüntüdən də aydın şəkildə görünür ki, qaydaları pozan avtomobilin mühərrik hissəsində problem olduğu üçün ekoloji cəhətdən havanı çirkləndirib. Belə nəqliyyat vasitəsinin istismarı isə qadağandır.
Qeyd edək ki, qəza şəraiti yaranan bu nöqtədə gün ərzində onlarla sürücü istər tıxac zamanı, istərsə də tıxac olmayan zaman bu qayda pozuntusunu törədərək yolda hərəkəti çətinləşdirirlər.
Şəfa
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












