Aeroport yolunda təhlükəli manevr edərək ölüm saçan "Land Cruiser" - 10 MC 999 - VİDEO

Hava limanı yolunda ən sağ zolaqdan birbaşa sol zolağa keçib dönməyə çalışan sürücünü qəzadan yayındıran bəxti deyil arxadan gələn sürücünün düzgün qaydada avtomobil idarə etməsi olub. Avtosfer.az bildirir ki, 10-MC-999 nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü qaydaları heçə sayaraq bir avtomobil dolusu ailənin həyatını təhlükəyə atıb. Belə ki, hava limanı yolunda ən sağ zolaqda hərəkətdə olan sürücü bir anda dönməyə qərar verib və döngəni ötüb keçməsinə baxmayaraq birbaşa sağdan manevr edərək sola keçməyə çalışıb. Bu zaman o, hadisəni lentə alan avtomobilin önünə çıxıb. 4 zolağı birdən keçməyə çalışan məsuliyyətsiz sürücü qarşısına çıxdığı avtombildəki bütün ailənin həyatını riskə atıb.
Hadisəni lentə alan sürücü əgər ehtiyatlı şəkildə avtomobil idarə etməsəydi bir ailənin faciəsi yaşanacaqdı. Kimə görə? Hansısa nömrəsi göz qamaşdıran özbaşına sürücüyə görə.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












