Ağzı söhbətə qızışan polis qəza şəraiti yaratdı - VİDEO

Xırdalan şəhərində yol hərəkəti qaydasını kobud şəkildə pozan polis əməkdaşı qəza şəraiti yaradıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, çevik polis alayı əməkdaşı idarə etdiyi 99-NH-398 qeydiyyat nişanlı "VAZ-21015" markalı avtomobillə sentyabrın 20-i Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində dayanma-durma qaydasını pozaraq yolu kəsib. Yolayrıcı qarşısında ikinci cərgədə dayanıb söhbət edən polis əməkdaşları həmin yolayrıcında manevr edən sürücülərə maneə törədib.
Görüntünü qeydə alan sürücü sola dönən zaman o, qəfildən hərəkətə başlayaraq qəza şəraiti yaradıb.
Xatırladaq ki, yolda dayanma-durmanı qadağan edən 3.27 nişanı olmasa da belə, bu cür "T" şəkilli yolayrıclarında dayanma qadağandır. "Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin IV hissəsinin 6-cı bəndində qeyd olunub ki, üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5
metrdən az yaxınlıqda dayanma-durma qadağandır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












