Avtomobili iki rəngli etmək istəyənlər bunları mütləq bilməlidir- FOTO

Son zamanlar avtomobil həvəskarları yolda fərqlənmək və insanları təəccübləndirmək üçün avtomobillərini müxtəlif rənglərə boyayırlar. Hətta paytaxt küçələrində sağ və sol tərəfləri müxtəlif rənglərə boyanmış avtomobillərə də rast gəlirik.
Bəs avtomobili iki müxtəlif rəngə boyamaq barədə qanunvericilik nə deyir?
Avtosfer.az xəbər verir ki, avtomobilin rənglənməsi barədə qanunvericilkdə heç bir standart və norma müəyyən olunmayıb. Buna görə də sürücülər idarə etdikləri avtomobilləri müxtəlif rənglərə boyaya bilərlər. Lakin bu dəyişiklikdən sonra qeydiyyat şəhadətnaməsinə düzəlişlər edilməsi üçün avtomobil Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinə təqdim edilməlidir. Qanunvericiliyə görə iki müxtəlif rəngə boyanmış avtomobilin qeydiyyata alınmasından imtina edilə bilməz. Bu dəyişikliyin qeydiyyata alınması üçün 25 manat avtomobilin qeydiyyat şəhadətnaməsinə, 30 manat isə texniki müayinəyə görə dövlət rüsumu ödənilməlidir.
Təbriz Yusubov
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












