Avtomobilinə saxta nömrə bağlayan sürücü həbs edildi - FOTO

Bakıda polisə tabe olmayan sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, sürücü Muradov Kamil Mirsayad oğlu idarə etdiyi "Khazar" marakalı avtomobilin üzərinə Litva respublikasına məxsus saxta dövlət qeydiyyat nişanını təhkim edərək fevralın 1-i paytaxtın Səbail rayonu ərazisində yol hərəkəti qaydasını pozub. Ərazidə xidmət aparan polis əməkdaşlarının saxla işarəsinə tabe olmayan sürücü hadisə yerindən uzaqlaşmağa başlayıb. Polis əməkdaşları sürücünü dayandırdıqdan sonra o mübahisə etməyə başlayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, saxlanılan sürücü ərazi aidiyyəti üzrə 9-cu Polis Bölməsinə gətirilib və barəsində toplanılmış materiallar Səbail Rayon Məhkəməsinə göndərilib. Fevralın 2-də məhkəmənin qərarı ilə 1983-cü il təvəllüdlü Samux rayon sakini Muradov Kamil Mirsayad oğlu 20 gün müddətinə inzibati qaydada həbs edilib və nəqliyyat vasitəsini idarə etmə hüququ 1 ilədək məhdudlaşdırılıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














