Avtomobilini evakuatorda aparan sürücü CƏRİMƏLƏNDİ - FOTO

Yol polisinin kamerası tərəfindən texniki baxışa görə haqsız cərimələnən sürücü redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 10-HX-057 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüsü Fuad Məmmədovun iddiasına görə, yaranan nasazlıq səbəbindən onun avtomobili fevral ayından sürülmür. Sentyabrın 22-də avtomobili evakuatorla servisə apararkən texniki baxışdan keçməməyə görə kamera vasitəsi ilə onun barəsində 50 manat cərimə tərtib olunub.
Sürücü həmin protokolun haqsız yazıldığını bildirərək Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən köməklik göstərilməsini xahiş edir.
Qeyd edək ki, evakuatorun üzərində aparılan avtomobilin texniki baxışdan keçirilməməsinə və ya icbari sığorta müqaviləsinin bağlanmamasına görə sürücü barəsində protokol tərtib edilməsi qanunauyğun sayılmır.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












