"Avtoş" sürücü qırmızıda keçdi, qəza şəraiti yaradıb yolu kəsdi, sonra isə... - VİDEO

Yolda öz qanunları ilə hərəkət edən sürücü kobud qayda pozuntuları törədərək avtoxuliqanlıq hərəkəti edib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, 77-PB-762 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü sentyabrın 20-i Masazır dairəsində svetoforun qırmızı işığının yanmasına əhəmiyyət verməyərək yolayrıcına daxil olub və qarşıdakı svetoforda da dayanmadan hərəkətinə davam edib. O, bu hərəkəti etməklə gedəcəyi yerə tez çatacağını düşünsə də, bu belə olmayıb.
Həmin sürücü Xırdalan şəhəri Qəzənfər Musabəyov küçəsində bütöv xəttin tələbini pozaraq əks zolaqda ötmə əməliyyatı edən zaman digər sürücüyə qəza şəraiti yaradıb. Qayda pozması azmış kimi üstəlik yolda hərəkəti dayandıraraq mübahisə etməyə başlayıb.
Daha sonra avtomobili qəflətən sürətləndirməklə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxaran sürücü yolun səthində təkər izləri buraxaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozub.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












