Ayağını qaldıran sürücü və sərnişinlər mütləq oxusun - Bel sına bilər - VİDEO

Son aylarda polisin dəfələrlə ayağı çöldə gedən sürücüləri cərimələdiyinin şahidi olmuşuq. Bəlkə də cərimə olunan şəxs narazı qala bilər. Amma tam əminəm ki, polis həmin vətəndaşı ölümdən və ya mümkün əlillikdən qoruyub. Necə?
Avtosfer.az-ın xəbərinə görə, İsveçrə Səyahət Klubunun sifarişi ilə maraqlı bir kraş test keçirilib. Sınaqda sərnişin qismində çıxış edən manekkenin ayaqları konsolun (qabaq panelin) üstünə yerləşdirilib. 60 km/saat sürətdə aparılan testin nəticəsi gözlənildiyi kimi olub. 300 km/saat sürətlə açılan hava yastığı sərnişinin ayaqlarını başına çırpıb. İlk zərbədə maneken omba nahiyəsindən ikiyə bölünüb, baş ağır travma alıb. Belə bir qəzadan sağ çıxma ehtimalı sıfıra bərabərdir (videoda 00.54-cü saniyədən sonraya diqqət edin).
Bu gün ayağı alın şüşəsində və ya pəncərədən kənarda hərəkət edən sərnişin və sürücülərimiz az deyil. Bu hərəkət tərbiyəsizlik olmaqla yanaşı, həyati təhlükəlidir.
Bu cür qayda pozuntularını çəkib yayan vətəndaşı və ya faktı sənədləşdirib cərimə yazan polisi söymək yox, təqdir etmək lazımdır. Onlar ən azından kimisə təhlükəli işdən çəkindiriblər.
Vüqar Yaşaroğlu
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












