Azərbaycanda karantin rejimi yol qəzalarının sayını kəskin azaltdı

Koronavirus pandemiyasının Azərbaycanda da artan xətlə yayılması ölkədə son 10 gün ərzində kəskin qərarlar qəbul etməyə səbəb olub. Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonuna bölgələrdən insanların buraxılmaması, sərnişindaşımanın ləğv edilməsi, ictimai yerlərə çıxışın məhdudlaşdırılması və bu istiqamətdə görülən digər tədbirlər ölkədə kriminal duruma da təsir edib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, son günlər ölkədə cinayətlərin, xüsusilə yol qəzalarının sayı əhəmiyyətli dərəcədə azalıb. Belə ki, martın 23, 24, 25 və 27-də ölkədə yol qəzası baş verməyib. Martın 17,19,20 və 26-da isə respublika üzrə hər gün cəmi 1 yol qəzası qeydə alınıb. Martın 18-i və 22-də hər gün üçün 2 qəza baş verib.
Bu rəqəmləri 2019-cu ilin statistika ilə müqayisə edəndə də fərq aydın ortaya çıxır.
Ötən il martın 23-də ölkə üzrə baş verən 2 yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanmışdı. Martın 24-də isə 3 qəza qeydə alınıb. Bu qəzalarda 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Martın 25-də isə 2 qəza 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Ötən il martın 20-də baş verən 2 qəzada 1 nəfər ölüb, 8 nəfər yaralanıb. 17-27 mart tarixlərində bu il ümumilikdə yol qəzalarında 6 nəfər yaralanıb, ötən il isə eyni dövrdə 25 nəfər xəsarət alıb.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












