Azərbaycanda yol polisi və sürücü qaydaları belə pozdu - VİDEO

Azərbaycanda yol-patrul xidmətinin əməkdaşlarının və sürücünün qaydaları kobud şəkildə pozmasının görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, videoda sutkanın qaranlıq vaxtında yol polisi əməkdaşlarının yük avtomobilini saxlaması əks olunub. “Yol-patrul xidməti haqqında Təlimat”ın təsdiq edilməsi barədə qanunda göstərilib ki, yol polisi sutkanın qaranlıq vaxtında nəqliyyat vasitəsinin dayandırılması məqsədilə yolun işıqlı sahəsini seçməli, bu mümkün olmadığı halda patrul nəqliyyatının xarici işıq siqnallarından istifadə etməklə yanaşı, qırmızı və ya göy sayrışan işıq siqnalını işlək vəziyyətdə saxlamalıdır. Yol-patrul xidmətinin əməkdaşları bu qanuna riayət etsələr də, hərəkətin digər iştirakçılarını nəzərə almayıblar.
Belə ki, yol polisi avtomobili və yük maşını 1.1 üfüqi nişanlama xətti olan yolun hərəkət hissəsində saxlayaraq, digər nəqliyyat iştirakçılarının hərəkətinə birbaşa mane olub.
Digər tərəfdən, videodan görünür ki, yük avtomobilinin sürücüsü yol polisinin saxlama tələbindən sonra maşını tərk edib və YPX avtomobilində əyləşmiş polis əməkdaşları ilə söhbət edib. Bu da qanun pozuntusudur.
Sürücü nasazlığı aradan qaldırmaq üçün, içkili olması şübhələri varsa, sürücünün iştirakı ilə qeydiyyat nişanı və məlumatların tutuşdurulması lazım olduqda, şəxsə və ya avtomobilə baxış keçirilən zaman, digər hərəkət iştirakçılarına kömək məqsədi və ya digər prosessual iştirak vacib olarsa və inspektorun həyatına təhlükə yaranarsa, avtomobili tərk etməlidir.
İçki içdikdən bir gün sonra sükan arxasına oturmaq qanun pozuntusu sayılır? - VİDEO
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş











