Badamdarda zəbt olunan səkilər: piyadalar hərəkət edə bilmir - VİDEO

Hər gün sürücülərin səkiləri işğal etməsi ilə bağlı saytımızda xəbərlər dərc olunur. Sürücülər qaydaları pozduqlarını bildikləri halda bu davranışı hər dəfə təkrarlayırlar. Sanki cərimələnməkdən zövq alırlarmış kimi. Hətta bəzən bir sürücünün bənzər əməlləri ayrı-ayrı vaxtlarda törətməyi ilə bağlı məlumatlar da vermişik. Yenə də sürücülərin qanuna münasibəti dəyişmir.
Avtosfer.az xəbər verir ki, paytaxtın Səbail rayonunda sürücülər hər gün avtomobillərini səkidə parklayaraq piyadaların hərəkətinə maneə yaradırlar. Bununla əlaqədar ərazidə yaşayan sakinlər redaksiyamıza gün ərzində müşahidə etdikləri mənzərənin videosunu göndəriblər.
Belə ki, Badamdar şosesi 156 ünvanındakı obyektin qarşısındakı səki 90-UJ-058 qeydiyyat nişanlı “BMW” markalı, 10-EA-220 və 99-FA-404 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillıərin sürücüləri tərəfindən zəbt edilir. Sakinlər deyir ki, videoda avtomobillər bir sırada səkidə saxlasalar da, günorta saatlarında bu səki ilə ümumiyyətlə hərəkət etmək mümkün olmur. Avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkar da obyektinin qarşısında başqa avtomobillər saxlamasın deyə səkidə dəmir maneələr yerləşdirib. Bu səbəblərdən səkidən istifadə etmək istəyən yaşlı və uşaqlı qadınlar çətinliklə üzləşir, avtomobil yolunun kənarı ilə hərəkət etməyə məcbur olurlar.
Vətəndaşlar sürücülərin bu cür qanunsuz əməllərinin təcili şəkildə aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülməsi və problemin həllini xahiş ediblər.
Qeyd edək ki, bu cür qayda pozan, səkini zəbt edən sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat və 2 cərimə balı ilə cəzalandırılırlar.
Səfər
Qəza şəraiti yaratdı üstəlik qarşı tərəfi günahlandırdı – 99-HJ-022 - VİDEO
Bakıda “şou” göstərən motosikletçi az qala maşına çırpılacaqdı - VİDEO
Bakıda uşaq sürücünün qucağında maşın sürdü - VİDEO
Bu prospektdə avtobus zolağının saatları DƏYİŞDİRİLİB – VİDEO
Maşınların arasından əks yola çıxan sürücü az qala qəza törədəcəkdi - VİDEO
Sükan arxasında hansı hallarda telefondan istifadə etmək olar – QANUN NƏ DEYİR?
Sağdan gələn maşını saymayıb yolayrıcında təhlükə yaratdı – 10-ZZ-777 - VİDEO
Qayda pozub hələ qarşı tərəfi səhv çıxardı: “Mənə sürməyi öyrədirsən?” - VİDEO
Parklanmanın yanında sərnişin düşürən sürücülər cərimələnə bilər? – AÇIQLAMA - VİDEO
Dəfələrlə əks yola çıxan sürücü avtomobillərin yolunu kəsib təhlükə yaratdı - VİDEO
Ara küçədən çıxan sürücü qəza şəraiti yaratdı - 77-GH-205 - VİDEO












