"Kamaz"ın daşıdığı çınqıl maşının üzərinə dağıldı - 57-BL-921 - VİDEO

Bakı-Qazax yolunda hərəkət edən yük avtomobilindən yola dağılan çınqıl digər avtomobilin üzərinə düşüb. Avtosfer.az xəbər verir ki, hadisə fevralın 21-i sözügedən yolun Ağstafa rayonu ərazisində baş verib. Belə ki, 57-BL-921 qeydiyyat nişanlı "Kamaz" markalı avtomobilin sürücüsü daşıdığı yükün üzərini örtüklə bağlamadığı üçün çınqıl yola dağılıb. Nəticədə arxadan gələn minik avtomobilinin banının müxtəlif yerlərinə dəyib.
"Yol hərəkəti haqqında" qanunun 57-ci maddəsinin II hissəsində qeyd olunub ki, yükün düşməməsi, hərəkətə mane olmaması üçün sürücü hərəkətə başlamazdan əvvəl və hərəkət vaxtı yükün yerləşdirilməsinə, bağlanmasına və vəziyyətinə nəzarət etməlidir.
Həmçinin həmin maddənin VII hissəsinə əsasən taxıl, ot, yem və tökülən digər yüklər daşınarkən, onların üstünə örtük çəkilməlidir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












