Bakı-Sumqayıt yolunda özünü apara bilməyən sürücü görün nə etdi - VİDEO

Bakı-Sumqayıt yolunda təhlükə yaradan sürücünün görüntüləri anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-DM-520 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü fevralın 10-da sözügedən yolun üzü şəhər istiqamətində yüksək sürətlə hərəkət edərkən qarşısındakı avtomobildən ona yol verilməsini istəyib. Görüntüdən də aydın şəkildə görünür ki, qarşıdakı avtomobil ötmə əməliyyat etdiyindən sağ zolağa keçməyə şərait yaranmayıb. Yol istəyən sürücü isə bundan qəzəblənərək həmin avtomobilin qarşısını kəsməyə başlayıb.
Qeyd edək ki, yolda hərəkət sürəti 90 km/saat müəyyə edilib. Lakin yol istəyən sürücü 100 km/saatdan sürətli hərəkət edib. Görüntünü qeydə alan sürücünün avtomobilində gps olduğundan, onun sürəti videogörüntüdə öz əksini tapıb.
Yollarda tələskənlik edərək hərəkət sürətini aşan sürücülər belə hallarda narazılıq edirlər ki, "sol zolaqda 30-40 km/saat sürətlə hərəkət edən sürücüləri cəzalandırmaq lazımdır. Onlara görə biz maşın sürə bilmirik". Lakin reallıq onu göstərir ki, bu həmişə belə deyil. Sol zolaqda yüksək sürətlə hərəkət edən sürücülərin qarşısına hərəkət sürətini aşmayan sürücü çıxdıqda onlara elə gəlir ki, həmin sürücü 30-40-la hərəkət edir. Ona görə də bu videonu təqdim etməklə sürücülərə özlərinə kənardan baxmağı tövsiyə edirik.
Fərid
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB












