Bakıda "ara işləyən" sürücü 4 dəfə qəza şəraiti yaratdı - VİDEO

Manevr qaydasını dəfələrlə pozan sürücü yolda digər sürücülərə təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 23-də, paytaxtın Mikayıl Müşviq küçəsində qeydə alınıb. Belə ki, 99-NH-902 qeydiyyat nişanlı "Renault" markalı avtomobilin sürücüsü qarşısı boş ola-ola orta zolağa yerdəyişmə edib. Bu zaman ona qəza şəraiti yaradıb. Daha sonra sıxlıq zamanı özünə yer tapa bilməyən sürücü qəfildən sol zolağa keçərək digər avtomobilə qəza şəraiti yaradıb. O, yenidən sağ zolağa yerdəyişmə edərək görüntünü qeydə alan avtomobilə növbəti dəfə təhlükə yaratdı. Bütün bunlar azmış kimi qaydaları pozan sürücü bir az qarşıda növbəti dəfə sol zolağa yerdəyişmə edərək sol zolaqdakı avtomobilə təhlükə yaradıb. Sonuncu qayda pozuntusu görüntüyə əks olunmasa da, qəza şəraiti ilə üzləşən sürücünün səs siqnalı verməyindən hər şey aydın oldu.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












