Bakıda avtobus sürücüsü avto şou göstərdi - ŞOK VİDEO

Bakıda avtobus sürücüsünün avtoxuliqanlıq etdiyi görüntülər digər avtomobildəki kameraya qeyd olunub.
Avtosfer.az xəbər verir ki, dekabrın 31-i paytaxtın Kövkəb Səfərəliyeva küçəsində içi dolu sərnişinlə hərəkət edən 90-VS-432 qeydiyyat nişanlı avtobus sürücüsü əks istiqamətə çıxaraq axına qarşı hərəkət edib. O, avtobusun sürətini artıraraq qarşıdan gələn avtomobillərin üzərinə sürüb. Görüntünü qeydə alan sürücü qəzaya düşməmək üçün avtomobili tam dayandıraraq avtobus sürücüsünün hərəkətini müşahidə edib. Avtobus sürücüsü heç bir əhəmiyyət vərməyərək hərəkətinə davam edib.
Qeyd edək ki, həmin vaxt avtobusun qapısı da açıq vəziyyətdə olub.
Həmin sürücünün hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tərkibi var. Yəni o, əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtoxuliqanlıq edib.
Ümid edirik ki, adiyyəti qurumlar bu sürücü ilə bağlı ciddi tədbirlər görəcək.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












