Bakıda avtobus sürücüsü yolu kəsdi, sərnişinlər isə davaya çıxdı - VİDEO

Bakıda əks istiqamətə çıxan avtobus sürücüsü yolda çətin anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, 194 saylı xətt üzrə fəaliyyət göstərən 99-XT-621 qeydiyyat nişanlı avtobusun sürücüsü yanvarın 18-də paytaxtın kənar dairəvi yolunda bütöv xəttin tələbini pozaraq qarşıdan gələn avtomobillərin yolunu kəsib. Öncə avtobusun sürücüsü düşərək görüntünü qeydə alan sürücü ilə mübahisə edib, daha sonra bir neçə sərnişin gələrək dava etməyə başlayıb. Onlar avtobus sürücüsünü müdafiə edərək tələsdiklərini bildirib və sərnişinlərdən biri görüntünü qeydə alan sürücünü itələyərək ona hədə-qorxu gəlməyə başlayıb.
Yollarda qayda pozan avtobusların iştirakı ilə tez-tez qəzalar baş verir. Həmin qəzalarda sərnişinlərin xəsarət alması əksər hallarda qaçılmaz olur. Təssüüf ki, sürücü qayda pozarkən sərnişinlər ona irad bildirmək əvəzinə susurlar, hətta bəzi hallarda onu bu formada müdafiə də edirlər. Lakin düşünmürlər ki, onların həyat və sağlamlıqları avtobus sürücüsünün əlində olur. Xırda bir qayda pozuntusu ağır qəzalara gətirib çıxara bilir. Ona görə də sürücülərə qayda pozmamağı, sərnişinlərə isə qayda pozuntusu edən sürücüyə irad bildirməyi tövsiyə edirik.
Leyla
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO
Aeroport yolunda yük avtomobili TƏHLÜKƏ SAÇDI - VİDEO - YENİLƏNİB











