Bakıda yolun ortasında dayanıb sola dönən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü qəza şəraiti yaradıb. Belə ki, 99-NX-462 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü paytaxtın Zabrat yolunda sola dönmək üçün yolun hərəkət olan hissəsində dayanaraq arxadan gələn sürücüləri çətin vəziyyətə salıb. Görüntünü qeydə alan sürücü peşəkarlıq göstərərək baş verə biləcək qəzadan yayına bilib.
Qeyd edək ki, yolun həmin hissəsində qoşa xətt olduğu üçün oradan sola və geriyə dönmək qadağandır.
Yollarda taksi sürücülərinin daha çox qayda pozması tez-tez müşahidə olunur. Onlar "çörək qazanıram, balalarıma çörək aparmalıyam" prinsipi ilə hərəkət edib kobud qayda pozuntuları edirlər. Bu isə həm özlərinə, həm də digər hərəkət iştirakçılarına real təhlükə yaradır, bəzən isə ağır qəzalarla nəticələnir. Kiminsə pul qazanması digərlərinə təhlükə yaradılması ilə nəticələnməməlidir.
Masazır dairəsində "ağıllı" sürücülərə görə hərəkətin təşkili dəyişdirilməlidir - VİDEO
Balaxanı-Mehdiabad yolunda təhlükəli ötmə sürücünü çıxılmaz vəziyyətə saldı - VİDEO
Bir maşın qabağa keçmək üçün kobud qayda pozdu - 77-PB-096 - VİDEO
Yolu kəsən sürücü sonra da özünü haqlı çıxarmağa çalışdı - VİDEO
Qəza şəraiti yaradan sürücü hərəkət zamanı qapını açıb qışqırdı - VİDEO
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO











