Bakıda "avtoşluq" edən xanım sürücü görün nə oyun çıxardı - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən xanım sürücünün videosu avtomobildəki kameraya düşüb. Bu barədə görüntünü qeydə alan sürücü Avtosfer.az-a məlumat verib. Onun sözlərinə görə, hər iki avtomobilin sükanı arxasında xanım sürücü olub. Belə ki, 99-UY-920 qeydiyyat nişanlı "Kia Optima" markalı avtomobilin sürücüsü paytaxtın Aşıq Ələsgər küçəsi ilə hərəkət edərkən 99-TZ-474 qeydiyyat nişanlı "Kia Picanto" markalı avtomobili ötməyə çalışıb. Lakin həmin sürücü onu sıxışdıraraq ötməyə şərait yaratmayıb. Bununla kifayətlənməyən sürücü qəfildən sağa manevr edərək "Kia Optima"nın sürücüsünə qəza şəraiti yaradıb.
O, daha sonra Rahib Məmmədov küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb və qarşıdan gələn avtomobillərin üzərinə sürməyə başlayıb. Eyni zamanda yenidən qəfil manevrlər edərək sağ zolaqdakı avtomobili sıxışdırıb.
Sözügedən videonu təqdim edirik:
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












