Bakıda dövlət qurumunun sürücüsü 900 manatlıq qayda pozdu - VİDEO

Bakıda dövlət qurumuna məxsus avtomobilin sürücüsü əks yola çıxaraq qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 10-AC-201 qeydiyyat nişanlı "Nissan" markalı xidməti avtomobili idarə edən sürücü fevralın 12-də paytaxtın 20 Yanvar küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman qarşıdan gələn sürücünün yolunu kəsərək ona təhlükə yaradıb. Avtomobilin qabaq hissəsinə quraşdırılmış sayrışan işıqları qoşan sürücü heç nə olmamış kimi yoluna davam edib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə avtomobil "Azərenerjikomplektləşdirmə" dövlət qurumuna məxsusdur.
Qeyd edək ki, qanunvericiliyə görə bu qurumun xidməti avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, həmin avtomobildə sayrışan işıqların olması qanunsuz hesab edilir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












