Yol polisi "protiv" gedən icra başçısını və sürücüləri cərimələdi - YENİLƏNİB - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, yayılan görüntü dərhal araşdırılıb və həm Abşeron rayon İcra Hakimiyyətinə məxsus, həm də digər nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbiri seçilib. Belə ki, əks istiqamətli yola çıxaraq nəqliyyat axınına qarşı həkət edən avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 100 manat 4 bal cərimə edilib.
Yol polisi kimliyindən asılı olmayaraq bütün hərəkət iştirakçılarını qaydalara əməl etməyə səsləyib: "Qanunun aliliyini hər bir hərəkət iştirakçısı unutmamalıdır!".
***
Bakıda qayda pozan sürücülərin görüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər hadisə martın 16-da paytaxtın Mikayıl Əliyev küçəsində qeydə alınıb. Qayda pozan avtomobillərin sırasında Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevin xidməti avtomobili də olub. Belə ki, icra başçısına məxsus 01-AA-001 “BMW”, 99-KS-287 “Kia”, 90-ZS-357 “Toyota”, 90-BR-667 “Mercedes”, 77-DH-678 “Opel”, 99-OS-798 “Skoda”, 77-PB-828 “Ford”, 99-JZ-508 “Ford”, 99-OE-585 “Mercedes” markalı avtomobillərin sürücüləri sıxlıq zamanı qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Sürücülər axına qarşı hərəkət edərək qaydaları kobud şəkildə pozublar.
Şəfa
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












