Bakıda işıqforun işləməməsini bildirmək üçün qeyri-adi “çıxış yolu” - FOTO

Paytaxtın Binəqədi rayonundakı işıqforlardan birinə naməlum şəxs tərəfindən üzərində “Qırmızı işləmir, ehtiyatlı olun” yazısı olan qeyd yapışdırılıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb işıqforun qırmızı işığının işləməməsi olub.
Məsələ sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev sosial şəbəkələrdə paylaşılan həmin görüntülərlə bağlı açıqlamasında bildirib ki, yaranan problemə səbəb həmin ərazidəki paylayıcılarda qısaqapanmaların olmasıdır:
“Fotolarda gördüyünüz işıqfor Binəqədi şossesində yerləşir. Həmin ərazidə elektrik paylayıcısında qısaqapanma baş verib. Nəticədə işıqforun bəzi hissələrində zədələnmələr olub. Bu səbəbdən də qırmızı işıq yanmır. Lakin hazırda işıqforun zədələnmiş hissələrinin dəyişdirilməsi üçün iş gedir”.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












