Bakıda "miqalkalı" taksi sürücüsü peyda olub - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücünün görüntüləri digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, dekabrın 16-da paytaxtın Ziya Bünyadov prospektində hərəkətdə olan 99-XF-948 qeydiyyat nişanlı "Daewoo Gentra" markalı avtomobilin sürücüsü sutkanın qaranlıq vaxtı faraların yaxın işıqlarını söndürərək duman farası ilə hərəkət edib. Sürücü avtomobilinə qanunsuz quraşdırmış göy və qırmızı sayrışan işıq siqnallarından da istifadə edib. Görüntüləri qeydə alan sürücü qayda pozan sürücüyə yaxın işıqları yandırmadığına görə irad bildirdikdə o, "yaxşı edirəm" deyərək fikrini bildirib.
Yaxın işıqları söndürüb duman farası ilə avtomobil idarə edən sürücülərlə tez-tez rastlaşmaq olur. Qeyd edək ki, bu cür hərəkət etmək təhlükəlidir. Çünki duman faraları yaxın məsafəni işıqlandırdığı üçün uzaqda olan maneələr görünməz olur. Sürücü vaxtında reaksiya verib maneədən yayınana kimi qəza baş verə bilər.
Sürücünün quraşdırdığı göy və qırmızı sayrışan işıqlar operativ nəqliyyat vasitələrinə aid olduğu üçün bu işıqların digər avtomobillərə quraşdırılıması qanunsuzdur.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












