Bakıda "Niva"-nın nömrəsini dəyişib "avtoşluq" edən sürücü həbs edildi - VİDEO

Bakının müxtəlif yerlərində avtoxuliqanlıq edən sürücü həbs edilib. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, sürücü Şərifov Nurməhəmməd Məhəmməd oğlu "Cehvrolet Cruze" markalı avtomobilə məxsus 99-LZ-092 qeydiyyyat nişanını "Niva" markalı avtomobilə təhkim edərək martın 24-ü paytaxtın Xətai, Səbail, Nəsimi və Yasamal rayonu ərazilərində avtoxuliqanlıq hərəkətləri edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Vaqif Əsədov Avtosfer.az">Avtosfer.az-a açıqlamasında bildirib ki, sürücünün müəyyən olunması üçün aprelin 12-də raport tərtib edilib. Paytaxtın Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində sürücünün hərəkət etməsi müşahidə edilərək dayandırılması üçün göstəriş verilib. Lakin həmin sürücü polisin qanuni tələbinə qəsdən tabe olmayaraq hadisə yerindən yayınmağa çalışıb. Digər polis əməkdaşlarının köməyi ilə sürücü dayandırılaraq ərazi aidiyyəti üzrə 39-cu Polis Bölməsinə təhvil verilib.
Vaqif Əsədov qeyd edir ki, onun barəsində toplanılmış materillar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Aprelin 13-ü keçirilən məhkəmə zamanı Şərifov Nurməhəmməd Məhəmməd oğlunun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 50 gün müddətinə inzibati qaydada həbs edilib.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












