Bakıda otel işçisindən özbaşınalıq: Maşını "girov saxladı" - FOTO

Bakıda avtomobilini otelin qarşısında park edib gedən şəxs qayıdarkən qəribə mənzərə ilə üzləşib. Bu barədə sürücü Kənan Tarverdiyev redaksiyamızın elektron ünvanına şikayət ünvanlayıb: “İdarə etdiyim “Mercedes” markalı avtomobilimi fevralın 17-də, paytaxtın Əhməd Rəcəbli küçəsində yerləşən “Teatro Boutique” otelinin qarşısında park etdim. Bu zaman otelin işçisi mənə yaxınlaşaraq avtomobili buradan götürməyimi tələb etdi. Mən isə otelin qarşısındakı parklanma yerinin ümumi istifadədə olmasını onun nəzərinə çatdıraraq oradan uzaqlaşdım. Qayıdarkən gördüm ki, sağımda 99-CZ-678 qeydiyyat nişanlı “Mercedes” markalı, solumda isə 90-SF-849 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillər park edilib. Lakin avtomobillər elə park edilib ki, maşının qapısını açmaq qeyri-mümkün oldu. Bu səbəbdən avtomobilimə minə bilmədim. Həmin avtomobillərin sürücülərini nə qədər axtarsam da tapa bilmədim”.
K.Tarverdiyev bu əməlin otelin işçisi tərəfindən edildiyini iddia edir.
Fərid
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO














