Bakıda parklanmaya görə başqa sürücü cərimələndi - FOTO

Bakıda dayanma-durma ilə bağlı sürücüyə yanlış cərimə yazılıb. Bu barədə sürücü Murad Novruzov özü Lent.az-a məlumat verib. Onun sözlərinə görə, “Ford” markalı 99-SG-129 dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozduğu üçün səhvən adına İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma, durma qaydalarının pozulmasına görə) maddəsilə cərimə protokolu tərtib olunub. M. Novruzov bildirib ki, özünə məxsus olan avtomobil isə “VAZ-2109” markalı 99-SC-129 dövlət qeydiyyat nişanlı avtomobildir.
Şikayətçi qeyd edib ki, adına gələn səhv cərimə protokolu üzrə inzibati xəta fevralın 18-də, paytaxtın Yusif Səfərov küçəsində qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a cərimə protokolu tərtib olunarkən texniki səhvə yol verildiyini vurğulayıb. Onun sözlərinə görə, belə səhvlər texniki xarakter daşıyır və adına yanlış cərimə göndərilən vətəndaşın şikayəti əsasında qısa zamanda həllini tapır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO






















