Bakıda qanunsuz parklanma yeri aşkarlandı - FOTO

Bakıda qanunsuz parklanma kimi zəbt edilən ərazi aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın Şövkət Səfərəliyeva ilə Neftçilər prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, vətəndaş ərazini qanunsuz zəbt edərək, parklanma həyata keçirib.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, sözügedən məlumatla bağlı əraziyə baxış keçirilib və qanunsuz parklanma ilə bağlı iddialar təsdiqini tapıb:
“Polis əməkdaşları ərazidə qanunsuz parklanma fəaliyyəti ilə məşğul olan Zamin adlı şəxsi qanunauyğun şəkildə cərimələyiblər. Ərazidə qoyulan maneə qurğuları götürülüb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxlanılıb və ərazi üzrə heç bir parklanma üçün icazənin verilmədiyi məlum olub. Zamin adlı şəxsə xəbərdarlıq edilib və bu kimi davranışlara yol verilməməsi tövsiyə edilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qanunsuz parklanma fəaliyyəti ilə mübarizəyə başlayıb”. (Oxu.Az)
Bakıda qayda tanımayan sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
20 Yanvar körpüsündə təhlükəli manevr edib qəza şəraiti yaratdı – 77-NN-144 - VİDEO
Avtoxuliqanlığı sosial şəbəkələrdə təbliğ edənlər niyə cəzalardan nəticə çıxarmırlar? – RƏY
Sürücü piyada keçidini bağlayıb marketə getdi - 77-SB-166 - VİDEO
Yevlaxda sərxoş halda maşın sürənlər həbs olundu - 21 nəfərdən 7-si "hallı" imiş
Piyadaların svetoforunu saymayan sürücü sarı işıqda keçdi - VİDEO
Özündən xəbəri olmayan sürücü ard-arda 3 qayda pozdu - VİDEO
Maşını bir neçə dəfə sıxışdırıb qəza şəraiti yaratdı - 77-XT-271 - VİDEO
Motosikletin işıq cihazına müdaxilə edən sürücü "göz çıxartdı" - VİDEO
STOP nişanında bu səhvi edən sürücülər cərimələnə bilər – VİDEO
Arxaya baxmadan yola çıxan sürücü təhlükəli vəziyyət yaratdı - VİDEO












