Bakıda "qoçu"luq edən sürücü yol kəsir, söyüş söyüb qayda pozur... - VİDEO

Paytaxtın mərkəzində "qoçu"luq edən sürücü qəza şəraiti yaratmaqla kifayətlənməyərək söyüş söyüb və yol kəsib. Avtosfer.az bildirir ki, hadisə barədə video-görüntünü zərərçəkən sürücü redaksiyamıza göndərib. Görüntülərdən də aydın olur ki, 90-FO-838 nömrə nişanlı, “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü sağdan ötmə edərək qəza şəraiti yaradıb. Toqquşmadan yayınmaq üçün verilən siqnal səsi isə onun xoşuna gəlmədiyindən qoçuluq etməyə başlayıb. O, ilk öncə zərərçəkənin qarşısına keçərək onun yolunu kəsib. Yolu kəsilən sürücü eyni hərəkəti təkrarlayaraq o, da “Chevrolet”in yoluna çıxıb. Bu “qoçu” sürücünü daha da qəzəbləndirdiyi üçün o, yenə də eyni avtomobilin qarşısına çıxaraq əl-qol hərəkətləri edərək söyüşlər söyüb. Bununla yanaşı o, təhlükəli idarəetmə edərək arxadan gələn sürücünü qorxutmağa çalışıb. Zərərçəkən sürücü lazımı yerlərə şikayət etdiyini, lakin, bu “qoçu” sürücünün hələ də tapılıb cəzalandırılmadığını da qeyd edib.
Aysel
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












