Bakıda "qoçuluq" edən sürücü yol polisləri tərəfindən SAXLANILDI - VİDEO

Bakıda qoçuluq edən sürücü saxlanıldı. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bu barədə Avtosfer.az-a açıqlamasında bildirib: "Paytaxtın Balaxanı-Binəqədi yolunda əks yola çıxaraq axına qarşı hərəkət edən 10-NF-666 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü saxlanılıb. Qaydaları kobud şəkildə pozduğu üçün sürücü Ə.Laçınlı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 4 bal 100 manat məbləğində cərimə edilib".
Xatırladaq ki, 10-NF-666 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü oktyabrın 22-də paytaxtın Balaxanı-Binəqədi yolunda hərəkət edərkən əks istiqamətli zolağa çıxıb. Sürücü qarşıdan gələn avtomobillərin üzərinə gedərək görüntünü qeydə alan avtomobili ötməyə çalışıb. Lakin ötməni başa çatdıra bilmədiyini görən sürücü əks zolaqla hərəkətinə davam edib. Onun bu hərəkəti həm görüntünü qeydə alan sürücüyə, həm də qarşıdan gələn sürücülərə təhlükə yaradıb.
Təbriz
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












