Bakıda "qoçuluq" edərək söyüş söyən "AA" seriyalı maşın kimindir? - VİDEO

Bakıda qoçuluq edərək təhqir və təhdid edən AA seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb. Oxuculardan biri videonu redaksiyamızın elektron ünvanına göndərib. Avtosfer.az xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.
Videonu qeydə alan sürücü ona imkan verməyərək öz zolağı üzrə hərəkət etməyə başlayıb. Ona yol verilmədiyindən əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü, həmin avtomobilin sürücüsünə "lotusan sən"? "səninlə görüşəcəm"-deyərək ardıyca nalayiq söyüşlər söyməyə başlayıb.
Bu azmış kimi daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq həmin sürücünün hərəkətinə qəsdən mane olub.
Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil "İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC"-yə aiddir.
Təbriz
Bayram günlərində yola çıxanlar bu qaydalara əməl etməlidirlər – EKSPERT - VİDEO
Nişanı saymayan qadın sürücü az qala motosikletlə toqquşacaqdı - VİDEO
Bu yolda geriyə dönməkdən çəkinənlərə şad xəbər: CƏRİMƏSİ YOXDUR - VİDEO
Lüzumsuz yerə sola manevr edib motosikleti sıxışdırdı - 77-RO-862 - VİDEO
Nərimanovda təhlükəsizlik adacığını parkinq yerinə çevirdilər - VİDEO
Qoşa xətti tapdalayıb əks zolağa da girdi – 90-UT-172 - VİDEO
Bütöv xəttin tələbini pozan sürücülər avtomobillərin hərəkətinə mane oldular - VİDEO
Sürücü keçiddəki piyadaya əhəmiyyət vermədən gəldiyi kimi getdi - VİDEO
Başqasının yolunu kəsdi; ötməyə çalışanda isə sürətlə önünə keçdi - 77-XV-003 - VİDEO
Zolağa sığmayan qadın sürücü iki dəfə qəza şəraiti yaratdı - VİDEO
Maşının qabağına keçən kuryer az qala qəzaya səbəb olacaqdı - VİDEO












