BAKIDA ŞOK PROTOKOL: Dayanma-durmaya görə 300 manat cərimə yazılır - FOTO

Bakıda dayanma-durma qaydasını pozan sürücü hər dəfə 300 manat məbləğində cərimə edilir. Bu barədə cərimə edilən Elçin Hüseynov adlı sürücü Avtosfer.az-ın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, idarə etdiyi 77-PB-037 qeydiyyat nişanlı “Skoda” markalı avtomobillə dayanma-durma qaydasını pozan zaman 20 manat əvəzinə 300 manat məbləğində cərimə yazılır: “Qeyd etdiyim avtomobil şirkətə məxsusdur. Mən bu avtomobili yol vərəqəsi ilə idarə edirəm. Artıq 5-6 dəfədir ki, dayanma-durma qaydasını pozduğum zaman 300 manat cərimə yazılır. Lakin protokolda mənim yox, Cəbiyev Fikrət Əziz oğlunun adı yazılır. Yəni, protokol Cəbiyev Fikrətin adına tərtib olunur. Qeyd edim ki, mən bu şəxsi tanımıram və şirkətdə bu adda əməkdaş çalışmır. Tərtib edilmiş cərimənin 3-nü şirkət hesabına ödəmişik ki, avtomobilin duracağa qoyulması haqqında qərar qəbul edilməsin. Lakin bu halın dəfələrlə təkrarlanması bizi narahat edir. Xahiş edirəm ki, məsələ araşdırılsın və tərtib edilmiş protokollar ləğv edilsin” – deyə Elçin Hüseynov bildirib.
Könül
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












