Bakıda “VAZ 2107” markalı maşınları qaçıran şəxs tutuldu - VİDEO
Qaydalar
30 May 2020 20:27

Hacı Məmmədov əməlini etiraf edib
Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan paytaxt sakini Kənan Qarayevə məxsus “VAZ 2107” markalı avtomobil oğurlanıb. Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Zərərçəkən bu barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə şikayət edib. Sabunçu rayonunda yaşayan daha üç nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək, müxtəlif vaxtlarda onların da istifadəsində olan eyni markalı avtomobillərin qaçırıldığını bildiriblər.
Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən paytaxt sakini Hacı Məmmədov qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək, ümumilikdə dörd avtomobili qaçırdığını və həmin nəqliyyat vasitələrinin ehtiyat hissələrini sökərək satdığını bildirib. Hacı Məmmədov ifadəsində Sabunçu rayonunda bir market və bir evdən oğurluq etdiyini də deyib.
Faktla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Hacı Məmmədovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Emin
Oxunub : 3090
DİGƏR XƏBƏRLƏR
23 Oktyabr 2026 19:40
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 18:37
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
23 Oktyabr 2026 16:30
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
23 Oktyabr 2026 16:00
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
23 Oktyabr 2026 10:00
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
23 Oktyabr 2026 09:00
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
22 Oktyabr 2026 18:00
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
22 Oktyabr 2026 17:00
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
22 Oktyabr 2026 15:18
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
22 Oktyabr 2026 09:00
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
21 Oktyabr 2026 17:00
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
21 Oktyabr 2026 14:30
Tıxacdan yayınan sürücü birbaşa ən sağ zolağa keçib təhlükə yaratdı - VİDEO
ŞƏRH YAZ












