Yolu kəsib sərnişinlərlə birgə dava edən avtobus sürücüsü saxlanıldı - VİDEO

Bakıda əks istiqamətə çıxaraq yolda çətin anlar yaşadan avtobus sürücüsü cərimələnib. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a məlumat verilib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında qeyd edib ki, 194 saylı xətt üzrə fəaliyyət göstərən 99-XT-621 qeydiyyat nişanlı avtobusun yayılmış görüntülərinə tərəfimizdən baxış keçirilib və sürücü müəyyən edilib. Belə ki, avtobusu idarə edən Qazax rayon sakini Balaməmmədov Kamran Nüsrət oğlu törətdiyi qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat 4 bal məbləğində cərimə edilib.
Xatırladaq ki, hadisə baş verən zaman öncə avtobusun sürücüsü düşərək görüntünü qeydə alan sürücü ilə mübahisə edib, daha sonra bir neçə sərnişin gələrək dava etməyə başlayıb. Onlar avtobus sürücüsünü müdafiə edərək tələsdiklərini bildirib və sərnişinlərdən biri görüntünü qeydə alan sürücünü itələyərək ona hədə-qorxu gəlməyə başlayıb.
Yollarda qayda pozan avtobusların iştirakı ilə tez-tez qəzalar baş verir. Həmin qəzalarda sərnişinlərin xəsarət alması əksər hallarda qaçılmaz olur. Təssüüf ki, sürücü qayda pozarkən sərnişinlər ona irad bildirmək əvəzinə susurlar, hətta bəzi hallarda onu bu formada müdafiə də edirlər. Lakin düşünmürlər ki, onların həyat və sağlamlıqları avtobus sürücüsünün əlində olur. Xırda bir qayda pozuntusu ağır qəzalara gətirib çıxara bilir. Ona görə də sürücülərə qayda pozmamağı, sərnişinlərə isə qayda pozuntusu edən sürücüyə irad bildirməyi tövsiyə edirik.
Leyla
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
Şəhərin mərkəzində “hoqqa” verən velosipedçi görün özünə necə haqq qazandırdı - VİDEO
“VAZ” sürücüsündən təhlükəli manevr: Qarşıdan gələn maşının üzərinə sürdü - VİDEO











